be3c32cf-5042-4dc7-bceb-658968290679..jpg

Mario Balotelli Azərbaycandan təklif alıb

Baxış sayı: 522 dəfə baxılıb.

Mario Balotelli Azərbaycandan təklif alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

Bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola “mediagol.it” saytına
açıqlamasında deyib.

O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən
zəng gəlib:

“Çoxları mənimlə əlaqə saxlayırlar. Mario İtaliyaya qayıtmaq istəyir. Bu, onun
üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng
edirlər”.

Qeyd edək ki, hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario
Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.

Source link