f68785a7-125d-456d-a2f0-2274cb012613..jpg

Mariya Stadnik beynəlxalq turnirdə 35 saniyəyə qızıl medal qazandı

Baxış sayı: 849 dəfə baxılıb.

Mariya Stadnik beynəlxalq turnirdə 35 saniyəyə qızıl medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov – Nikola Petrov turnirinə
yekun vurulub.

“Report”un məlumatına görə, yarışın son günündə Azərbaycanın iki güləşçisi
final görüşünə çıxıb.

Mariya Stadnikin (50 kq) qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşması cəmi
35 saniyə çəkib. Qadınlardan ibarət yığmanın lideri rəqibinə tam üstünlüklə
(10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.

125 kq-da çıxış edən sərbəst güləşçi Georgi Meşvildişvili isə həlledici
görüşdə iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan
yığmanın üzvü ikinci yarıda üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2
hesablı qələbə qazanan Meşvildişvili fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri ənənəvi yarışda ümumilikdə 4 medal
qazanıblar. Daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş,
İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.

Source link