Qadın güləş yığmamızın üzvü Mariya Stadnikin adından “Facebook”da açılmış profil silinib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, dünən ukraynalı legioner Azərbaycan Güləş Federasiyası ilə birgə bu profilin silinməsi yönündə hərəkətə keçib.
Nəticə özünü göstərib. Artıq həmin profil bağlıdır.
Qeyd edək ki, Mariya Stadnikin adına yalnız “Facebook”da səhifə mövcuddur. Həmin səhifənin admini Stadnikin icazəsi ilə onun “Instagram” profilindəki şəkilləri götürüb orada paylaşır.
Səbuhi Musayev