Mariya Zaxarova Ermənistanın Qarabağda qondarma etnik təmizləmə ilə bağlı
iddialarına CAVAB VERDİ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova
Ermənistan tərəfinin Qarabağda qondarma etnik təmizləmə ilə bağlı iddialarına
sübut istəyib.
O, bu barədə həftəlik brifinq zamanı danışıb.
“Ermənistan tərəfində mötəbər hesab olunan hər hansı beynəlxalq təşkilatın
hansısa sənədi əgər varsa, təqdim olunmasını istərdim. Məsələn, BMT və ya hər
hansı başqa təşkilatın. Belə bir “etnik təmizləmə”nin baş verdiyini göstərəcək
hansısa sənəd, yaxud hansısa bəyanat varsa, lütfən, bizə bununla bağlı link
təqdim edin”, – deyə Rusiya XİN sözçüsü bildirib.