Mariya Zaxarova: “Qərbin məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi sübut etdi, Qərb isə
regionda sabitliyi pozmağa çalışır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
keçirdiyi brifinqdə News.ru-nun sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Moskva ölkələr arasında və bütövlükdə regionda sülhün
bərqərar olması üçün ümumi yanaşmalar tapmağa və ziddiyyətləri uyğunlaşdırmağa
çalışaraq regionun gələcəyinə töhfə verib.
“Sonra Qərb peyda oldu, qəzəbdən, qısqanclıqdan, burada sülhün bərqərar
olacağı qorxusundan region ölkələrinə qarşı fəaliyyətə başladı. O, özünü yeni
vasitəçi elan etməyə başladı, lakin konkret hərəkətlər bunun əksini göstərir.
Söhbət sabitliyi pozmaq cəhdlərindən, vəziyyəti region tarixinin ən ağır
dövrlərinə qaytarmaqdan və eləcə də regionda sülhün lehinə deyil, öz məqsədləri
üçün məlumat toplamaqdan gedir”, – deyə o bildirib.
“Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var. Ancaq məsələ
ondan ibarətdir ki, bəzən Qərbin müdaxiləsi artıq əldə edilmiş harmoniyanı
pozur”, – deyə Zaxarova əlavə edib.