7efe01c2-944a-4e0f-8cfc-9cab6357bafb..jpg

Mariya Zaxarova: “Üçtərəfli görüşü təşkil etməyə hazırıq”

Baxış sayı: 512 dəfə baxılıb.

Mariya Zaxarova: “Üçtərəfli görüşü təşkil etməyə hazırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək
istənilən təmasları alqışlayırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Azərbaycan və Ermənistan baş nazirlərinin Gürcüstanda keçirilən görüşünü şərh
edərkən deyib.

“Biz tərəflərə və bütövlükdə regiona fayda verən hər şeyi alqışlayırıq. Hesab
edirik ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün “yol xəritəsi”
2020-22-ci illər arasında qəbul edilmiş üçtərəfli sazişlər toplusu olaraq
qalır. Buraya iki ölkə arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda
iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və s.
daxildir. Yaxın vaxtlarda biz Moskvada Rusiya, Ermənistan və Azərbaycan XİN
rəhbərlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”, – deyə Zaxarova
bildirib.

Mənbə: “İzvestiya” qəzeti

Source link