Mark Esper Pentaqonun rəhbəri ola bilər

Baxış sayı: 2. 543 dəfə baxılıb.

Mark Esper Pentaqonun rəhbəri ola bilər

ABŞ prezidenti Donald Tramp Pentaqonun rəhbəri postuna hazırda quru qoşuları naziri olan Mark Esperin namizədliyini irəli sürmək istədiyini bildirib. 

Bu barədə ABŞ liderinin Ağ ev tərəfindən yayılmış bəyanatında deyilir. 

“Bu gün ABŞ prezidenti Donald Tramp aşağıda adları çəkilən şəxsləri öz administrasiyasında əsas vəzifələrə təyin etməyi planlaşdırdığını bildirib”, – mətndə deyilir.

Bəyanata əsasən, Pentaqonun rəhbəri postuna Mark Esper, müdafiə nazirinin müavini vəzifəsinə Devid Nokrvist, quru qoşunları naziri postuna isə Rayan Makkartinin namizədliyi irəli sürüləcək.

Qeyd edək ki, Tramp bu həftənin çərşənbə axşamı özünün “Twitter” hesabında Patrik Şanahanın ABŞ müdafiə naziri postuna namizədliyini geri götürdüyünü, onun əvəzinə Pentaqon rəhbəri vəzifəsini Mark Esperin icra edəcəyini bildirmişdi.