Marketdən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində dekabrın 17-dən 22-dək olan müddətdə rayon ərazisində
yerləşən marketlərin birindən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli
bilinən Neftçala rayon sakini Əli Abdullayev müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma aparılır.