Marketdən nisyə alver edən dostunu bıçaqlayana ağır cəza - FOTO

Marketdən nisyə alver edən dostunu bıçaqlayana ağır cəza – FOTO

Baxış sayı: 2. 587 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Salyan rayon sakini Mirəli Əhmədovun (1998-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bu il yanvarın 14-də Şahmar Nəsirov (1992-ci il təv.) bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. 

Həmin gün Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Əhmədov Mirəli Həmid oğlunu saxlayıblar. İlkin dindirmə zamanı saxlanılan şəxs bildirib ki, zərərçəkmiş ona qarşı nalayiq ifadələr işlədib, buna görə Mirəli üzərindəki açılıb-qatlanan bıçaqla ona bir neçə bıçaq zərbəsi endirib.

İstintaqın gedişatında məlum olub ki, Mirəli və Şahmar Bakıda, birlikdə kirayədə yaşayıblar. Əhmədov evin yanındakı marketdən nisyə siqaret, spirtli içki, ərzaq alıb, mağaza sahibi Nəsirovu tanıdığı üçün dostuna nisyə mal verib. Lakin günlərin bir günü borc 900 manata yaxınlaşanda pulunu tələb etməyə başlayıb.

Şahmar dostunun əvəzinə tələb olunan məbləği ödəyib. Yanvarın 14-də Nəsirov Əhmədovdan pulunu istədikdə, aralarında mübahisə yaranıb və nəticədə Mirəli Şahmara iki bıçaq zərbəsi endirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com