2f54d852-c43c-4fc0-8a24-b345b9757c47..jpg

Marketlərdə kərə yağının qiyməti nə qədər artıb? – VİDEO

Baxış sayı: 743 dəfə baxılıb.

Marketlərdə kərə yağının qiyməti nə qədər artıb? – VİDEO

Marketlərdə kərə yağın qiyməti xeyli artıb.

Satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2
manata kimi artıb.

Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən
asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələr edilir və məhsul
satışa çıxarılır.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hazırkı artım süni amillərin təsiri
altında yaranıb. Çünki bir müddətdir ki, dünya bazarında kərə yağı və
ümumilikdə süd məhsulları 1-2 faiz ucuzlaşıb.

Ekspert vurğulayıb ki, ötən ilin statistik göstəricilərinə əsasən, ölkəmizə 18
min 500 tondan çox kərə yağı idxal edilib və bu 2021-ci ilin göstəricilərindən
23 faiz çoxdur. Daxili istehsal isə 8 faiz azaldığından daxili bazardakı
qiymətlər qlobal proseslərə həssasdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Source link