9fe0d2b0-667c-4876-935b-86538adf412a..jpg

Marketlərdə məhsullar ucuzlaşa bilər – AÇIQLAMA + FOTO

Baxış sayı: 497 dəfə baxılıb.

Marketlərdə məhsullar ucuzlaşa bilər – AÇIQLAMA + FOTO

“Gözləntimiz ondan ibarətdir ki, Rəqabət Məcəlləsi qəbul və icra olunduqdan
sonra bir sıra məhsulların qiymətlərinin optimallaşdırılmasını, hətta
ucuzlaşmasını müşahidə edə bilərik”.

Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin Azərbaycanda qəbul edilməsi vacib idi.

“Rəqabət Məcəlləsi həm bazarın tənzimlənməsi, həm də iqtisadi proseslər
baxımından əhəmiyyətli bir sənəddir və bu, bütövlükdə bazarda monopoliyanın
minimallaşdırılmasına və qiymətlərin liberallaşdırılmasına imkan yaradacaq.

Monitorinqlər də göstərir ki, istehlak bazrında bəzi məhsullar üzrə süni
qiymətlər mövcuddur, inhisarçı mövqe qiymətlərə təsir göstərir. Ona görə də
Rəqabət Məcəlləsi bazarda rəqabətin gücləndirilməsi və monopoliyanın
minimallaşdırılmasını özündə ehtiva edir. Bu da təbii ki, bazara giriş
imkanlarının artırılması, rəqabtin gücləndirilməsi, fərqli və ya oxşar
məhsulların fərqli şirkətlər tərəfindən fərqli qiymtlərlə təqdim olunmasına
imkan yaradacaq”, – deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü
ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət
Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir. Bu Məcəllə Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci
bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin
təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət
qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində
tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və
hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə
rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir,
sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla
aparılmasına hüquqi zəmin yaradır.

Source link