6e875f0a-d5c3-4ed1-ac4b-c493554519c9..jpg

Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”

Baxış sayı: 455 dəfə baxılıb.

Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.

Cixisyolu.com-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç “Molde”
klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu
ilə bağlı mətbuat konfransında deyib.

Monteneqrolu müdafiəçi bugünkü matça hazır olduqlarını bildirib:

“Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. İstədiyimiz nəticəni qazanmaq
üçün əlimizdən gələni edəcəyik”.

Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib:

“Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı
ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu altı xalla qrupda
ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncü sıradadır.

Source link