Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
ÇıxışYolu.Com xəbər verir ki, məktubda bunlar qeyd olunur:
“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi. Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm. Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz”.
Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də İ. Əliyevə başsağlığı verib: “Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik”.