Marqvelaşvili: Qərb Rusiyaya qarşı birləşməlidir

Marqvelaşvili: Qərb Rusiyaya qarşı birləşməlidir

Baxış sayı: 2. 390 dəfə baxılıb.

ABŞ və Avropa İttifaqı mövcud beynəlxalq şəraitdən istifadə edib “Rusiya təhdidinə” qarşı birləşməlidir.

ÇıxışYolu.Com “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Amerikanın Səsi”nin Gürcüstan xidmətinə verdiyi müsahibədə danışıb.

Gürcüstan liderinin sözlərinə görə, Rusiyadan qaynaqlanan irimiqyaslı təhdidlərə qarşı belə birliyə “hiss olunan və möhkəmlənən beynəlxalq konsensus” vasitəçilik etməlidir.

 “ABŞ-da həmin an gəlib çatıb, Londonda, Brüsseldə də həmin an gəlib çatıb, Rusiyanın meydan oxuduğu bütün ölkələr dövlət təhlükəsizliklərinin təhdid altında olduğunu anlamalıdır”, – deyə Marqvelaşvili bildirib.

Buna misal kimi o, Londonda törədilmiş qətli və ehtiyatda olan gürcüstanlı sülhməramlı Arçil Tatunaşvilinin işğal altında olan Tsxinvalidə öldürülməsini göstərib.

 “Bizi birləşdirən problemlər mövcuddur və indi birləşməyin vaxtı çatıb, Gürcüstanın, onun Avropa İttifaqında olan müttəfiqlərinin, NATO-nun Rusiyaya ümumi cavab verməsinin vaxtı çatıb. Biz bu regionlarda və alyanslarda sülh, təhlükəsizlik, sabitliyi təmin etmək üçün vahid rasional cavab verməliyik” – deyə Marqvelaşvili vurğulayıb.

 .
www.ÇıxışYolu.Com