“Marş irəli” mahnısı belə yaranıb: “Əsgərlər mənə bu şeiri verdilər və dedilər
ki…” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birinci Qarabağ müharibəsi dönəmindən indiyə qədər hər kəsin dillər əzbəri
olan “Marş irəli” mahnısı Xocalı faciəsindən sonra bəstələnib.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı “Marş irəli”nin bəstəkarı, əməkdar
incəsənət xadimi Cavanşir Quliyev AzTV-nin efirində xatirəsini danışıb.
O qeyd edib ki, musiqini 1992-ci ildə cəbhə bölgəsinə səfərdən qayıdarkən
əsgərlərin ona verdiyi şeirin əsasında bəstələyib.
“Marş irəli” Xocalı faciəsindən sonra yasa qərq olan xalqın ayağa qalxmaq üçün
ən çox dinlədiyi və oxuduğu mahnıya çevrilib.
Xatırladaq ki, mahnının musiqisi Cavanşir Quliyevə, sözləri Əli Kərimə
məxsusdur.