“Marvel” studiyası keçmiş sevgilisinə təcavüz etməkdə təqsirləndirilən məşhur
aktyoru işdən çıxardı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur aktyor Conatan Meycors məhkəmə tərəfindən keçmiş sevgilisinə təcavüz
etməkdə təqsirli bilindiyi üçün “Marvel” studiyası onu işdən çıxarıb.
Bu barədə xarici mətbuatda məlumat yayılıb.
Verilən məlumatına görə, aktyorla keçmiş sevgilisi Qreys Cabbari arasında
insident mart ayında baş verib. Dekabrın 18-də məhkəmə münsifləri Meycorsu
üçüncü dərəcəli hücum və təqibdə təqsirli bilib. Sənətçinin özü isə günahını
etiraf etməyib.
2024-cü il fevralın 6-da aktyora hökm elan ediləcək – onu bir ilə qədər həbs
gözləyir.
Qeyd edək ki, Meycors “Qarışqa-adam və Arı: Kvantomaniya” filmində Kanq rolunu
oynayıb, həmçinin “Loki” serialının birinci və ikinci mövsümlərində rol alıb.
O, həmçinin 2 may 2025-ci ildə buraxılması planlaşdırılan “Qisasçılar: Kanq
sülaləsi” filmində də rol alacaqdı.
Mənbə: The Hollywood Reporter