Masallı futbolçuları hakimləri döymək istəyib

Baxış sayı: 3. 282 dəfə baxılıb.

Masallı futbolçuları hakimləri döymək istəyib

Azərbaycan həvəskarlar liqasının 1/2 final mərhələsinin “Ümid” (Masallı) – “Liman” (Lənkəran) matçında hakimləri döyməyə cəhd ediblər.

ÇıxışYolu.Com xəbər verir ki, iyulun 1-də baş tutmuş görüşün 61-ci dəqiqəsində “Ümid”in futbolçusu Əli Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. 

Bundan yeddi dəqiqə sonra “Ümid”in futbolçuları kütləvi intizamsızlıq göstərərək hakimlər briqadasını təhqir edib və onlara fiziki təzyiq göstərməyə cəhd edib. Oyun isə yarımçıq dayandırılıb. 

Buna görə AFFA İntizam Komitəsi Əli Quliyevi dörd oyunluq cəzalandırıb, “Ümid”ə isə 0:3 hesablı texniki məğlubiyyət verib. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq ediləcək.

S.M.
www.ÇıxışYolu.Com