9867bc8f-7a5b-4fcd-bfd2-596412d29274..jpg

Masallı polisindən ƏMƏLİYYAT: 21 nəfər saxlanıldı – FOTO

Baxış sayı: 744 dəfə baxılıb.

Masallı polisindən ƏMƏLİYYAT: 21 nəfər saxlanıldı – FOTO

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 21 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar
əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon
ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 21 nəfər
saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda
narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri
davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi,
həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan
digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə
tədbirləri davam etdirilir.

Source link