d99bb5a6-5062-4ff2-8771-b6c45478ecd9..jpg

Masallı Rayon Mərkəzi Xəstəxanasında kütləvi saxtakarlıq olub? – YENİLƏNİB + VİDEO

Baxış sayı: 615 dəfə baxılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasında kütləvi saxtakarlıq olub? – YENİLƏNİB +
VİDEO

Masallı sakinləri Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza
oğlunun vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanması ilə bağlı fikir
bildiriblər.

Rayon sakini Zahir Əmənov uzun illərdir Masallıda pensiyalarla bağlı kütləvi
saxtakarlıqların olduğunu qeyd edib:

“Xüsusi dəllal qrupları var idi. Onların içərisində yüksək vəzifəlilər də var
idi”.

Daha ətraflı Baku TV-nin süjetində:

16:18

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata
keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən
cinayət başında yaxalanıb.

Baş Prokurorluqdan Cixisyolu.com-a verilən məlumata görə, əməliyyat tədbirləri ilə
Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə
dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən
tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi
müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün
əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilənlərlə bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin
sübutlar əsasında Eşqin Əliyev həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma),
178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və
digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində
məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Source link