7cee281a-22cb-4bb6-a3d6-c1fac70f4be9..jpg

Masallı şəhəri ərazisində “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO

Baxış sayı: 602 dəfə baxılıb.

Masallı şəhəri ərazisində “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə
məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir
ədəd “AKM” markalı avtomat, həmin silaha aid patron darağı və 10 ədəd patron
aşkarlanaraq götürülüb.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz ov, mülki silahın
saxlanması və daşınması qaydalarının pozulması hallarına qarşı keçirdikləri
tədbirlər nəticəsində rayon sakinləri V.Rüstəmov və A.Hüseynovun Sığıncaq kəndi
ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov etdikləri müəyyən olunub.
Onlardan iki ədəd ov tüfəngi və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq
götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki
tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən beş
ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link