62e05056-7b53-4e27-8c90-4a03b915c12d..jpg

Masallı sakini Göyçayda külli miqdarda narkotik və avtomatla tutuldu – FOTO/VİDEO

Baxış sayı: 338 dəfə baxılıb.

Masallı sakini Göyçayda külli miqdarda narkotik və avtomatla tutuldu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat
tədbiri nəticəsində qeyri-leqal yollarla ölkəyə gətirilən külli miqdarda
narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə
buraxılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında
həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində
şübhəli bilinən Masallı rayon sakini, əvvəllər də qaçaqmalçılıq və
narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum edilmiş 29 yaşlı Elməddin
Rzayev saxlanılıb. Onun üzərində olan bağlamaya baxış keçirilərkən 4 kq 625 qr
qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop
tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus
daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri və odlu silahı
“WhatsApp” vasitəsilə əlaqə yaratdığı İran vətəndaşından onlayn yolla aldığı
müəyyən edilib.

Qeyd edək ki, E.Rzayev 2019-cu ildə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
narkotik vasitə gətirmək istəyərkən yaxalanaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri
istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rayon məhkəməsinin
qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Source link