cdfe1410-c293-4a71-a6ef-5061fcd94736..jpg

Masallı sakinindən dörd kiloqram narkotik götürülüb – FOTO

Baxış sayı: 535 dəfə baxılıb.

Masallı sakinindən dörd kiloqram narkotik götürülüb – FOTO

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə
məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı
evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla
bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Source link