Masallıda üç nəfər yanaraq öldü - YENİLƏNİB

Masallıda üç nəfər yanaraq öldü – YENİLƏNİB

Baxış sayı: 2. 438 dəfə baxılıb.

Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.  

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib.

Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb. 

08:48

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli, yeddi otaqlı evin dam örtüyü, birinci və ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb və üç nəfər xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

www.ÇıxışYolu.Com