723a7bc0-5000-441c-9fee-f7de7e9dacd8..jpg

Masallıda 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb – FOTO

Baxış sayı: 817 dəfə baxılıb.

Masallıda 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb – FOTO

Masallıda 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri, hər
ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Abdullayev
saxlanılıblar. Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan
ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin və bir kiloqrama
yaxın metamfetamin və bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Source link