62008e9b-3a34-49c4-94d9-a718f1c24a37..jpg

Masallıda 25 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 496 dəfə baxılıb.

Masallıda 25 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı –
YENİLƏNİB

Masallıda 25 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin
cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il
təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

19:08

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin
Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərlərdən ölməsi ilə bağlı polisə məlumat
daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan
məlumat verilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs
və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Source link