7fce3093-f1a9-43a5-a91f-d09d2c7e638e..jpg

Masallıda 37 yaşlı kişi intihar edib

Baxış sayı: 847 dəfə baxılıb.

Masallıda 37 yaşlı kişi intihar edib

Masallıda 37 yaşlı kişi intihar edib.

“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə Masallı şəhərində baş verib.

Rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olan 1986-ci il təvəllüdlü Nurəddin
Fərail oğlu Həsənov Masallı şəhərində yaşadığı evin həyətində özünə qəsd edib.

Hadisə yerində aparılan müayinə zamanı onun gecə saatlarında özünü asdığı
müəyyən olunub.

İki övlad atası olan N.Həsənov banklardan birinin Masallı filialında kredit
mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Source link