Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu

Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu

Baxış sayı: 2. 386 dəfə baxılıb.

Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, onlardan biri qadın, ikisi isə azyaşlıdır. 

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar Miyənkü kənd sakini, 1981-ci ik təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və V. Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanovdur.

Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com