a6e4440e-6076-44d0-a388-de053e05dd62..jpg

Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri həbs olundular

Baxış sayı: 942 dəfə baxılıb.

Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri həbs olundular

Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1150 manat
dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri
Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək
saxlanılıblar.

Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən
oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev
əsasən yaşayış olmayan evləri seçərək iki gecə ərzində ümumilikdə səkkiz evdən
məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar.

Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.

Source link