Masallıda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs HƏBS EDİLDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur
Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.
İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də
aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və
bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsarətlər yetirməsi
nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə
ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı
əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.