891e4fe0-eb91-4d77-959d-ba347ad4dd41..jpg

Masallıda keçmiş məhkumlardan bir kiloqrama yaxın narkotik vasitə aşkarlanıb – FOTO

Baxış sayı: 560 dəfə baxılıb.

Masallıda keçmiş məhkumlardan bir kiloqrama yaxın narkotik vasitə aşkarlanıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda keçmiş məhkumlardan bir kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər
məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama
yaxın marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat
zamanı isə rayon sakini, əvvəllər məhkum olunmuş C.Talıbov saxlanılıb. Həmin
şəxsdən 435 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Source link