Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza
hadisələrinin qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin
dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntularına
yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı
profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən profilaktik
tədbirlər zamanı nəqliyyat vasitəsini sərxoş şəkildə idarə edən, avtomobillərin
texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran,
ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına
keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar, həmçinin ixrac
etdikləri qazların tərkibindəki zərərli maddələrin miqdarı normadan artıq olan
avtomobillər aşkarlanıb.
Profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər
nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də
müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Sürücü və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, baş
verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu kimi
profilaktiki tədbirlər mütəmadi şəkildə davam etdirilir.