Masallıda narkotik taciri polisin təqibindən qaçdı

Masallıda narkotik taciri polisin təqibindən qaçdı

Baxış sayı: 10. 747 dəfə baxılıb.

Seyfəddin Hüseynov Kolumbiya narkobaronu və kokain kralı Pablo Eskabar olmasa da, Masallı rayonunda kifayət qədər tanınan iri narkotik vasitə alverçisidir.

Masallı Rayon Polis İdarəsindən ÇıxışYolu.Com-a daxil olan məlumata görə, hal-hazırda  Masallı rayon hüquq-mühafizə orqanları Mollaoba kəndinin kafelərindən birində aparılan əməliyyat zamanı qaçmağa nail olmuş, əvvəllər məhkumluğu olan 47 yaşlı Seyfəddin Hüseynovu axtarır. 

Əməliyyatın gedişində o, avtomobilində gizlənib. Bir müddətdən sonra polis əməkdaşları cinayətkarın maşınını kanalda aşkarlayıb, Hüseynovdan isə əsər-əlamət olmayıb.

Narkobaron kriminal aləmdə Seyfi adı ilə tanınır. Polisin verdiyi məlumata görə, Hüseynov güclü təsirli narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olur. Hüseynovun saxlanılması üçün Masallı rayonuna bölgənin bütün polis qüvvələri səfərbər edilib.

Ülvi Kərimov
www.ÇıxışYolu.Com