Masallıda oğul anasını döydü – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Masallı rayonunda 1982-ci il təvəllüdlü Lətif şəxsi münasibətlər zəminində
yaranan mübahisə zamanı anası Mədinəyə (adlar şərti göstərilib) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun Banbaşı
kəndində baş verib.
Lətif kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətində anası Mədinənin
ona spirtli içki qəbul etməsini irad tutması ilə bağlı aralarında şəxsi
münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu baş nahiyəsindən
qəsdən əl ilə vurub yerə yıxıb. Bununla da o, anasına müxtəlif dərəcəli bədən
xəsarətləri yetirib.
Hadisəni törədən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, anasına xəsarət yetirməsindən peşman olduğunu deyib.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin
ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifin barəsində olan
cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.