14778270-7054-4bd6-a28f-7757b3bf572c..jpg

Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanıldı

Baxış sayı: 443 dəfə baxılıb.

Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz
ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində
rayonun Köçəkli kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov
edən P.Abıyev saxlanılıb.

Ondan qanunsuz ovladığı çöl quşu və 1 ədəd ov tüfəngi aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov
qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib
olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Bundan əlavə, şöbə
əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri tədbirlər
nəticəsində 2 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri
aşkarlanaraq götürülüb.

Faktlar üzrə Masallı RPŞ-də araşdırma aparılır.

Source link