8825f3f5-df64-4217-b390-df31e80a52de..jpg

Masallıda “SHACMAN” sürücüsündən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb – FOTO

Baxış sayı: 446 dəfə baxılıb.

Masallıda “SHACMAN” sürücüsündən külli miqdarda narkotik vasitə və psixotrop
maddə aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda “SHACMAN”ın sürücüsündən külli miqdarda narkotik vasitə və psixotrop
maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən
əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi “SHACMAN” markalı yük
avtomobilində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin,
tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Source link