Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər
hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Cixisyolu.com xəbər verir ki, R.Şıxəliyev idarə etdiyi “BMW” markalı avtomobillə yol
hərəkəti qaydalarını kobud şəkildə pozub və ictimai asayişin pozulmasına
yönələn hərəkətlərə yol verib.
Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol
tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı
ilə R.Şıxəliyev sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka
inzibati qaydada həbs olunub.