Masallıda üç evdən altı min manatlıq pul və qızıl oğurlanıb.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, quldurluq etdiyinə görə tutulmuş Samir Həşimovun ətrafında Masallı RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki üç evdən ümumilikdə altı min manata yaxın pul və qızıl əşyalar oğurladığı da müəyyən edilib.