c5ea7300-837e-4066-af7c-cbcb04ef6ae6..jpg

Masallıda yanğın olub, xəsarət alan var

Baxış sayı: 781 dəfə baxılıb.

Masallıda yanğın olub, xəsarət alan var

Masallıda xəsarətlə nəticələnən yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 kvadratmetr (hər mərtəbəsi 144
kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60
kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından
mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Source link