8019eab1-1b13-4e21-9162-2e17e32063f4..jpg

Masanori Kayden: “Şadam ki, Azərbaycanda Yaponiya mədəniyyəti yüksək qiymətləndirilir”

Baxış sayı: 584 dəfə baxılıb.

Masanori Kayden: “Şadam ki, Azərbaycanda Yaponiya mədəniyyəti yüksək
qiymətləndirilir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox şadam ki, yapon mədəniyyəti Azərbaycanda yüksək qiymətləndirilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tayko ifaçısı
(təbilçi) Masanori Kayden deyib.

“Azərbaycana ilk dəfədir ki, səfər edirəm və ölkənizdə anime, suşi və manqa
sevənlərin olduğunu bildiyimə görə şadam. Burada çox sayda insan məni yapon
dilində salamladı və bu məni çox sevindirdi”, – o vurğulayıb.

M.Kayden bu gün Bakıda “Yapon mədəniyyəti və “Şişimai” – ənənəvi yapon şir
rəqsi” adlı konsertdə qədim yapon incəsənətinin nümunələri olan rəqsləri ifa
edəcəyini vurğulayıb:

“Hesab edirəm ki, bu, azərbaycanlıları Yaponiya və bizim dəyərlərimizlə tanış
etmək üçün əla şansdır”.

O, Azərbaycan musiqisini ilk dəfə Gürcüstanda keçirilən Qafqaz rəqs
festivalında eşitdiyini bildirib:

“Azərbaycan motivlərini çox bəyəndim, onlar enerji ilə doludur. Amma istərdim
ki, Azərbaycan musiqisinə daha yaxından bələd olum və bu barədə daha çox
öyrənim”.

Source link