430bf435-86da-409d-a478-582004104097..jpg

Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum olub – FOTO

Baxış sayı: 498 dəfə baxılıb.

Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum olub – FOTO

Abşeron rayonu Masazır qəsəbəsi Qara Qarayev küçəsində, atasının evində meyiti
tapılan Səbinə Rzayevanın ölümünün bəzi təfərrüatı məlum olub.

Mərhumun atası Cavad Rzayev “Report”un yerli bürosuna bildirib ki, qızı 20
ildən çoxdur narkotik istifadəçisidir.

Elə bu səbəbdən də o, yalnız 6 ay evli olub. Həmin evlilikdən də Ömər adlı bir
oğlu dünyaya gəlib.

C.Rzayev bildirib ki, nəvəsi 10 ildən çoxdur onların himayəsindədir. Mərhum
anası ildə bir-iki dəfə uşağa baxmağa gəlirmiş:

“Qızım boşandıqdan sonra Bakıda bizə məlum olmayan bir oğlanla münasibət qurdu
və narkotikdən daha çox istifadə etməyə başladı”.

Qeyd edək ki, S.Rzayeva bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı
yaşayıb. Sonuncu dəfə isə tanışı tərəfindən döyüldükdən sonra atası evinə gəlib
və orada vəfat edib.

Xatırladaq ki, sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır
qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Səbinə Cavad qızı Rzayevanın
üzərində zorakılıq əlamətləri olanmeyitinin aşkarlanması
barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Source link