Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir – İDDİA +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vətədaşın mülkiyyətində olan torpaq sahəsini zəbt edərək evlər tikiblər.
Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə çıxış edən Allahverdi Axundov
Abşeron rayonu, Masazır kəndində ümumilikdə dörd hektar torpaq sahəsinə sahib
olduğunu deyir.
Bildirib ki, bu torpaqları 2023-cü ilin yanvar ayında alıb. İki ay sonra isə
bir neçə şəxs tərəfindən burada tikinti işləri başlayıb. İddiaya görə, zəbt
olunmuş ərazidə 100 dən artıq fərdi ev tikilib və daxili kredit şərti ilə
vətəndaşlara satılıb.
A.Axundovun vəkili Ülvi Nəsibli isə qeyd edib ki, tikintinin dayandırlması və
orada inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə aidiyyəti üzrə bütün
dövlət orqanlarına müraciət edilib.
Vəkil deyir ki, müvəkkili Allahverdi Axundova məxsus ərazidə hazırda da
qanunsuz 20 evin inşası davam edir.
Sözügedən şəxslərdən biri Xəyal Məmmədov isə torpaqların zəbt olunması
iddiasının həqiqətə uyğun olmadığını, sözügedən ərazini Şahin İlyasovdan
aldıqlarını bildirib.
Ərazidə artıq 100 ev inşa etdiklərini deyən X.Məmmədov qeyd edib ki, məsələ
hüquqi müstəvidədir.
Vətəndaş A.Axundovun mülkiyyətində olduğu Abşeron rayonu ərazisində yerləşən
torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi və orada qanunsuz
tikinti işləri aparılması ilə bağlı müraciəti əsasında Abşeron Rayon Polis
İdarəsində araşdırma aparılıb.
Ətraflı süjetdə: