Masazırdakı məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb
Abşeronda məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Abşeron rayon, Masazır qəsəbəsində yerləşən
Zəngilan məcburi köçkünlər şəhərciyində qeydə alınıb.
Fərid Allahverdi münaqişə zəminində 2000-ci il təvəllüdlü Rzaqulu Allahquluyev
və 2002-ci il təvəllüdlü Zamin Əsgərzadəni bıçaqlayaraq xəsarətlər yetirib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.