8cf1bcce-c3c7-4ffd-8fdf-251a3cec93c9..jpg

“Masdar”: “Azərbaycanın təmiz enerji ilə bağlı planlarına dəstəyi davam etdirməyə hazırıq” – FOTO

Baxış sayı: 585 dəfə baxılıb.

“Masdar”: “Azərbaycanın təmiz enerji ilə bağlı planlarına dəstəyi davam
etdirməyə hazırıq” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanın təmiz enerji
ilə bağlı planlarına dəstəyini davam etdirməyə hazırdır.

Bu barədə şirkətin rəsmi “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib:

“Gələn il COP29-a ev sahibliyi edəcəyi üçün Azərbaycan Respublikasını təbrik
edirik. 2020-ci ildən sadiq tərəfdaş kimi “Masdar” Azərbaycanın təmiz enerji
ambisiyalarını dəstəkləməkdən qürur duyur, 2030-cu ilə qədər bərpa olunan
enerji mənbələrindən ümumi enerji tutumunun 30%-dən çoxunu əldə etmək üçün
birlikdə çalışırıq”, – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, “Masdar” şirkəti Qaradağda Xəzər regionunda və MDB məkanında ən
böyük Günəş elektrik stansiyasını inşa edir. Stansiya 262 milyon ABŞ dolları
dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb
edilməklə reallaşdırılan sənaye miqyaslı ilk Günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə
110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə
atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən
elektrik stansiyada 570 min Günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə
qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Bundan başqa, Azərbaycan hökuməti və “Masdar” şirkəti arasında ümumi gücü 1000
MVt olan yaşıl enerji layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb.
İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala
rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə Günəş elektrik stansiyaları və
Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası
layihələrinin icrasını nəzərdə tutur.

Congratulations to the Republic of #Azerbaijan
for being
selected to host#COP29
next year!

As a committed partner since 2020, #Masdar
is proud to
support#Azerbaijan
‘s clean
energy ambitions, working together to achieve more than 30% of its total energy
capacity from renewables…pic.twitter.com/I8Zq8aTktf
— Masdar (@Masdar) December 14, 2023

Source link