“Maşın şou”: Səmra qaldı, Xose getdi – FOTO/VİDEO

“Maşın şou”: Səmra qaldı, Xose getdi – FOTO/VİDEO

Baxış sayı: 5. 544 dəfə baxılıb.

Azərbaycanın ən reytinqli şousu olan “Maşın şou. Hind kinosu” davam edir.

ÇıxışYolu.Com xəbər verdiyi kimi, şoudan çıxmağa namizəd ifaçı Səmra Rəhimli idi.

“Maşın şou”: Səmra qaldı, Xose getdi – FOTO/VİDEO

O, rəqibini açıqlamayaraq sonadək duruş gətirə bildi. Aparıcı Murad Dadaşov Səmrayə işarə edirdi ki, kor-koranə oyun çox təhlükəlidir. Lakin Rəhimli titanik səbr nümayiş etdirdi.

“Maşın şou”: Səmra qaldı, Xose getdi – FOTO/VİDEO

Və budur Səmra yenə tribuna qarşısındadır və səsvermənin nəticəsi elan olunur. Tamaşaçıların 79,05 faizi ifaçının şouda qalmasına səs verdi. Gurultulu alqışlar, Səmranın göz yaşları və yenə sakitçilik. Onun şoudakı “qurbanı” kim olacaq?

“Mən bu insanı çox sevirəm, o çox yaxşıdır. Lakin bu, oyundur, Xose bu sənsən”, – deyə titrəyən səslə Səmra bildirdi.

“Maşın şou”: Səmra qaldı, Xose getdi – FOTO/VİDEO

Xose Bernardo isə xəyanətin qurbanı olduğunu dilə gətirdi:

“Bu bir qədər ağır gəlir. Avtomobili udmağa kömək edəcək bütün xüsusiyyətlərə malik idim. Mən güclüyəm və strategiyanı müəyyən edirdim. Lakin məndə xəyanət yox idi. Bu da məni məhv etdi. Bilirdim ki, adımı açıqlayacaqlar, lakin sonadək düşünürdüm ki, bu dəfə yan keçəcək. Alınmadı”.

Öz növbəsində Səmra ona dəstək verən bütün tamaşaçılara minnətdarlığını bildirdi.

Sizə müsahibənin videosunu təqdim edirik:

Layihənin növbəti buraxılışını qaçırmayın.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
Operator: Musa Vladimir

www.ÇıxışYolu.Com