Sosial şəbəkələrdə yazdığı kitaba görə tənqid edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı Əbülfəz Kazımov vəzifəsindən azad edilib.
Bu barədə ÇıxışYolu.Com-a nazirlikdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Əbülfət Kazımov nazir Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.
Xatırladaq ki, Ə.Kazımov “Mühərrik yağlarının konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” adlı qalmaqallı kitabı ilə gündəmə gəlib.
FHN-nin hərbi hissələrinə paylanılan, maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.