1ed5308b-5e02-41a6-82c5-6884f05de674..jpg

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub – FOTO

Baxış sayı: 481 dəfə baxılıb.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan
edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin
313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin
maddə üzrə cinayət təqibinə xitam verilib.

Yekun olaraq təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Mansurov təqsirləndirilən şəxsin 11
il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun
Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının
aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış
vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını
müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası
təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbiri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru
olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın
mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət
məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi
bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən
edilib.

Sabirabad Rayon Prokurorluğunun və Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək
saxlanılıb.

Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan
birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.

İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin
178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Source link