Maşını yol ayırıcısına çırpdı, arvadı öldü

Maşını yol ayırıcısına çırpdı, arvadı öldü

Baxış sayı: 2. 565 dəfə baxılıb.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, aprelin 26-da saat 20:00 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə K.Əliyevin sərnişini – arvadı Ağgül hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com