“Maşın”ın “alovu sönmür”, İlhamə və Roza məhkəməlik olacaq

“Maşın”ın “alovu sönmür”, İlhamə və Roza məhkəməlik olacaq

Baxış sayı: 4. 082 dəfə baxılıb.

“Maşın”ın “alovu sönmür”, İlhamə və Roza məhkəməlik olacaq

ATV-də yayımlanan “10-dan sonra” proqramının bugünkü qonağı müğənni Roza Zərgərli olub.

ÇıxışYolu.Com xəbər verir ki, proqram zamanı “Maşın” realiti şousunda ifaçı ilə aparıcı İlhamə Bədəlova arasında yaşanan qalmaqal müzakirə mövzusuna çevrilib.

Verilişin gedişi zamanı “Rozanın iddia etdiyi kimi, işdən qovduğum şəxsin telefon danışığını eşitmisiniz. Gördünüz ki, bu xanım haqqında neqativ fikirlər səsləndirib.  Roza xanım səhv edib, böyüklük göstərib məndən üzr istəsin”, – deyə fikirlər səsləndirən və üzr tələb edən İlhamə Bədəlova bildirib.

Aparıcı Yusif Ağayev də İlhamənin Rozanı məhkəməyə verəcəyini deyib.

Zərgərli isə əlində sübutlar olduğunu, “Xəstə olduğu üçün onu işdən qovmusan” sözünün arxasında olduğunu dilə gətirib:

“İşdən qovulan şəxs ikili oynayır. Faktlar, sübutlar və şahidlər var. Mən haqlı danışıram. Məhkəmə səviyyəsinə çatsa, o şəxs kənara addım ata bilməz. Görmədiyim şeyi danışmaram. Səhhətində problem olan insanın da üstünə çox gedə bilmərəm”.

.
www.ÇıxışYolu.Com