c424e203-2d36-4a4b-a5f0-02157bd62744..jpg

Maşinist olmaq istəyən xanımların DİQQƏTİNƏ: Bakı metrosunda yeni fürsət – FOTO

Baxış sayı: 399 dəfə baxılıb.

Maşinist olmaq istəyən xanımların DİQQƏTİNƏ: Bakı metrosunda yeni fürsət – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” QSC xanımlar üçün açıq qapı günü keçirəcək.

Bu barədə Cixisyolu.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti olmaq istəyən, həmçinin, qərar verməkdə
tərəddüd edən xanımlara qadınların bu sahədə uğur qazanmasının mümkünlüyünü,
onların bu mənada kişilərdən geri qalmadığını bir daha əyani nümayiş etdirmək
üçün metropolitenin Təlim-Tədris Mərkəzində “Gələcəyə bizimlə addımla” şüarı
ilə açıq qapı günü keçiriləcək.

Açıq qapı günündə iştirak edəcək xanımlara metropolitenlə bağlı ümumi
məlumatları almaq, bir çox sahələrlə ətraflı tanış olmaq, ən əsası, mərkəzin
əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı
yaradılacaq. İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi barədə və
digər faydalı məlumatlar təqdim ediləcək. Metropolitenin sahə üzrə rəhbər və
mütəxəssis heyəti maraqlananlarla fikir mübadiləsi aparacaq və onların
suallarını cavablandıracaq.

Görüşdə Bakı metropoliteninin qatarlarını idarə edən maşinist qadın Türkan
Bəylər də iştirak edərək, tövsiyələrini verəcək, müdavim kimi kurs zamanı
topladığı təcrübə və tədris prosesi barədə fikirlərini paylaşacaq.

Qeydiyyat üçün (012) 490-01-01 (daxili – 17-29) stasionar, (050) 278-18-11
mobil nömrələrinə, eləcə də maryam.quliyeva@metro.gov.az elektron poçt ünvanı
ilə müraciət etmək mümkündür.

Source link