Almaniyanın Limburq şəhərində kişi həyat yoldaşını amansızlıqla qətlə yetirib.
Rt.com xəbər verir ki, 31 yaşlı qadın gəzməyə çıxarkən əri avtomobili ilə onu vuraraq, 30 metr sürüyüb.
Avtomobil binanın divarına dəyərək dayanıb.
Bundan sonra kişi avtomobildən götürdüyü balta ilə qadının başını bədənindən ayırıb.
Məlumata görə, qadın iki uşağı ilə ərini tərk edib və böhran mərkəzində yaşayırmış. Hər iki şəxs Tunis əsillidir və Almaniya vətəndaşlığını daşıyır.
Qatil hadisə yerinə çağırılan polislərə təslim olub.